Vətənin fəxr etdiyi oğullar

 

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanası və 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin sumqayıtlı şəhidləri Əlizamin Mustafalı, Elvin Novruzov, Əlimərdan Quluzadə və Kərim Əhmədəliyevin anaları ilə “Şərəf abidəsi – şəhid anası” adlı görüş keçirilib. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin ailəsini ziyarət edib.

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətənin ölməz oğulları” layihəsi üzrə növbəti tədbir gerçəkləşib. Tədbirdə fevral ayında doğulmuş Birinci Qarabağ və Vətən müharibəsi şəhidləri barədə məlumat verilib. İştirakçılar muzeydə şəhidlərə həsr olunmuş guşə ilə tanış olublar.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Şuşa fatehləri” adlı layihənin Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərova həsr olunan ilk tədbiri keçirilib. Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə şəhid Ramiz Cəfərovun həyat və döyüş yolu haqqında söz açıb. Qəhrəmana həsr olunmuş sənədli film nümayiş olunub.

Masallı RMİ Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Ruslan Cəfərlinin atası Nəcəf Cəfərovla görüş keçirilib. Görüşdə N.Cəfərov oğlunun Vətən sevgisidöyüş yolundan bəhs edib.

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Dayıkənd Mədəniyyət evində Birinci Qarabağ müharibəsi şəhidi Arif Nağıyevin anım günü qeyd olunub.

Şəki RMİ Qax rayon 2 saylı şəhər kitabxana filialı və 1 nömrəli Mədəniyyət evinin təşkilatçılığı ilə doğum günləri fevral ayında olan Milli Qəhrəmanlar haqqında “Fərqli talelərin oxşar zirvəsi” adlı tədbir təşkil edilib. Tədbirdə Milli Qəhrəmanlar Akif Əkbərov, Ərəstun Mahmudov, Rövşən Hüseynov, Firudin Şamoyev, İnqilab İsmayılov və Elman Hüseynovun döyüş yolu haqqında iştirakçılara məlumat verilib.

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.4.