17 dövlətin qanunvericilik orqanı Xocalı soyqırımını tanıyıb

 

Fevralın 24-də Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib.

Tədbirdə XİN nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri qrupunun üzvləri, tələbələr iştirak edib.

Konfransda çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Xocalı soyqırımının beynəlxalq hüquq kontekstində təhlilini aparıb. Bildirib ki, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı, insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib.

Çıxışlardan sonra Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” filmi nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 25 fevral.- S.2.