Mərkəzi İncəsənət Məktəbinin kollektivi Masallı və Cəlilabadda

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (MİM) tərəfindən 26-27 may tarixlərində Masallı rayonundaŞuşa İli” çərçivəsində konsert proqramı və ustad dərsləri keçirilib.

Mayın 26-da Masallı şəhər onbirillik İncəsənət məktəbində və Cəlilabad rayon Uşaq incəsənət məktəbində Mərkəzi İncəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva (fortepiano) və müəllimlər Nurlan Cəfərli (tar), Becan Hüseynov (qarmon), Türkay Məlikova (xanəndə) tərəfindən ustad dərsləri keçirilib.

Masallı şəhər onbirillik İncəsənət məktəbində keçirilən ustad dərslərində Yardımlı rayon Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektiviiştirak edib.

Ustad dərsləri kollektivlər tərəfindən maraqla qarşılanıb.

Mayın 27-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Mərkəzi İncəsənət Məktəbinin “Şuşa İli” münasibətilə konsert proqramı keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Bəxtiyar Qılıncov qarşılıqlı əməkdaşlığa görə MİM-in direktoru, Əməkdar artist Əziz Qarayusifliyə minnətdarlığını bildirib, idarənin adından hədiyyə təqdim edib. Əziz Qarayusifli göstərilən qonaqpərvərliyə görə RMİ-nin rəhbərliyinə, Masallı rayon Mədəniyyət Mərkəzinin kollektivinə və tədbir iştirakçılarına təşəkkür edib.

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.4.