Sizin gününüzdür, uşaqlar!

 

1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan gün 1950-ci ildən dünya miqyasında qeyd olunur. Əlamətdar günlə bağlı ölkəmizdə də hər il müxtəlif tədbirlər keçirilir.

 

Ağstafa RMİ Qazax rayon Mədəniyyət Mərkəzi və MKS-nin birgə təşkilatçılığı ilə şəhid övladları ilə “Biz dünyaya bəzəyik” adlı görüş təşkil olunub.

 

***

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin uşaqların bayramı münasibətilə əl işlərindən ibarət sərgi təşkil olunub.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə “Bu gün sizin gününüzdür, uşaqlar!” adlı tədbir keçirilib. Tədbir S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi, 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova və digər çıxış edənlər əlamətdar gün haqqında məlumat verib, ölkəmizdə şəhid övladlarına göstərilən diqqət və qayğıdan bəhs ediblər.

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.4.