Xalq Cümhuriyyəti – tariximizin parlaq səhifəsi

 

28 May – Müstəqillik Günü, ilk Cümhuriyyətimizin 104 yaşı bu il daha böyük coşqu ilə qeyd olundu. Bölgələrdəki mədəniyyət müəssisələrində də müxtəlif tədbirlər keçirildi, tariximizin Cümhuriyyət salnaməsi yenidən vərəqləndi.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Kürdəmir rayon Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuşOd ürəkli, od nəfəsli diyarım” adlı tədbir keçirilib. Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivləri və Uşaq incəsənət məktəbinin şagirdləri tərəfindən təqdim edilən konsert proqramı alqışlarla qarşılanıb.

 

***

 

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı “Tariximizin ən şanlı və parlaq səhifəsi” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış ediblər.

 

Regional idarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunub.

 

***

 

Sumqayıt RMİ-nin tabeliyindəki Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi “28 May” Mədəniyyət evində Müstəqillik Gününə həsr olunan “Şuşalı yurdum” adlı hesabat konserti keçirib. Konsertdə məktəbin şagirdlərindən ibarət xor kollektiviuşaq ansamblı maraqlı və rəngarəng musiqilərlə çıxış ediblər. Konsertdən sonra çıxış edən idarə rəisi Rəşad Əliyev 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söhbət açıb.

 

Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanası və 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Dövlətçilik tariximizin şərəfli səhifəsi” adlı oxucu konfransı keçirilib.

 

***

 

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” mövzusunda məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərinin 30-a yaxın şagirdi iştirak edib.

 

***

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mərkəzin direktoru Rəna Hacızadə və digər qonaqlar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövlətçilik tariximizdə qoyduğu izdən söz açıblar.

 

Şirvan şəhər Uşaq musiqi məktəbində Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirilib.

 

Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “İnsanlara hürriyyət, millətlərə istiqlal” adlı məktəblərarası bilik yarışı keçirilib. Yarışda 2, 5, 9, 11 və 16 nömrəli məktəblərin şagirdləri iştirak ediblər.

 

***

 

Lənkəran RMİ-nin təşkilatçılığı ilə şəhərin Mədəniyyət Mərkəzində “Müstəqilliyimizin Şuşa zirvəsi” adlı tədbir keçirilib. Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov qeyd edib ki, Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir azərbaycanlının qürur mənbəyi olan gündür. Daha sonra tədbir bədii hissə ilə davam edib. Sonda iştirakçılar Mədəniyyət Mərkəzi rəssamlıq dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

***

 

Bərdə RMİ Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində “Vətənim Azərbaycan” adlı solo konsert keçirilib. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyəti dövründə görülən işlərdən söz açıb. Konsertdə Uşaq incəsənət məktəbinin II sinif şagirdi Nuray Əlisoyun ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.

 

***

 

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Şəki şəhər Uşaq incəsənət məktəbinin konsert proqramı maraqla qarşılanıb.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda Müstəqillik Gününə həsr olunan film nümayiş etdirilib.

 

***

 

Ağcabədi RMİ Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq musiqi məktəbində Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub. Konsertdə məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri və şeirlər səsləndirilib.

 

***

 

Şəmkir RMİ Daşkəsən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Tariximizin parlaq səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə Müstəqillik Gününə həsr olunmuş sərgi nümayiş etdirilib.

 

***

 

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində “Müstəqillik Günü Azərbaycan tarixinin şanlı, parlaq səhifəsidir” adlı tədbir keçirilib.

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.4.