Akademik Musiqili Teatrda uşaqların bayramı münasibətilə sərgi və tamaşa

 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) layihəsi əsasında yaradıcı təhsil alanxüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağmövzusunda sərgisi keçiriləcək.

 

Sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.

 

Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək.

 

Daha sonra sərgi iştirakçıları librettosuquruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızıpapaq və Redmüzimüziklini izləyəcəklər.

 

Akademik Musiqili Teatr balaca tamaşaçıları sərgiyə və həmin gün saat 12:00 və 14:00-da nümayiş olunacaq “Qırmızıpapaq və Redmüzi” müziklinə baxmağa dəvət edir.

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.2.