“Mədəniyyət beşiyiŞuşa

 

Şəki RMİ Zaqatala rayon MKS tərəfindən aprel-may aylarında təşkil edilən “Vətənin ürəyi Şuşa gənc rəssamların gözü ilə” adlı rəsm və “Vətən sinəsində ürəkdir Şuşa” adlı şeir qiraəti müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

 

***

 

Sumqayıt RMİ Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evi şəhər Heydər Əliyev Mərkəzində “Mədəniyyət beşiyiŞuşa” adlı sərgi təşkil edib. Sərgidə Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov və başqalarının çıxışları dinlənilib.

 

Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi “Şuşalı yurdum” adlı hesabat konserti təqdim edib.

 

***

 

İsmayıllı RMİ-nin təşkilatçılığı ilə “Mədəniyyətimizin beşiyiŞuşa” adlı tədbir keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RMİ-nin rəisi Elçin Nəcəfovun da iştirak etdiyi tədbirdə “Şəhidin yuxusu” adlı film izlənilib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Xalq teatrının kollektivi Xalq şairi Səməd VurğununVaqif” dramından ədəbi-bədii kompozisiya təqdim edib.

 

***

 

Ağdaş RMİ-nin əhatə etdiyi Göyçay rayonundakı Rəsul Rzanın Ev-Muzeyində “Şuşa İli”nə həsr olunmuşŞuşam mənim, gözəlliklə qoşam mənim” adlı musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Solmaz Həsənova Xalq şairi R.Rzanın Şuşanın gözəlliyini vəsf edən misralarını oxuyub. Şəhər 7 illik musiqi məktəbi şagirdlərinin ifaları, şəhər 4 nömrəli və Ləkçıplaq kənd tam orta məktəbləri şagirdlərinin hazırladıqları səhnəciklər xoş təsir bağışlayıb.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.4.