Uşaqların gülüşü dünyanın sevincidir

 

Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdam rayon Xan Şuşinski adına Muğam uşaq musiqi məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub. Konsertdə şagirdlər xalq mahnıları, rəqslər, Azərbaycan və xarici bəstəkarların fortepiano üçün yazılmış əsərlərindən ibarət duetlər ifa ediblər.

 

***

 

İsmayıllı RMİ İsmayıllı rayon F.Əzimov adına Uşaq incəsənət məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdlərdən ibarət ansamblı Heydər Əliyev parkında konsert proqramı ilə çıxış edib.

 

Ağsu rayon Mədəniyyət Mərkəzi və Ağsu rayon Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Bir ovuc təbəssüm, bir dünya işıq” adlı tədbir keçirilib. Tədbirdə Ağsu rayon Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəbinin birgə hazırladığı bədii hissə təqdim olunub.

 

Qobustan rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir!” adlı bədii-musiqili tədbir keçirilib. Tədbirdə şagirdlərin ifasında rəqs nömrələri nümayiş olunub, şən mahnılar və şeirlər səsləndirilib.

 

***

 

Biləsuvar RMİ-nin tabeliyindəki Neftçala Dövlət Rəsm Qalereyası əlamətdar gün münasibətilə sərgi təşkil edib.

 

***

 

Bərdə RMİ Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən idarə rəisi Vəsilə Möhsümova əlamətdar günün tarixi haqqında məlumat verib. Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

 

Bərdə rayon Kətəlparaq kənd Uşaq musiqi məktəbində də idarə rəisinin iştirakı ilə “Qoy hər zaman gülsün uşaqlar!” adlı tədbir keçirilib. Musiqi məktəbinin hazırladığı rəngarəng musiqi nömrələri maraqla qarşılanıb.

 

Tərtər Olimpiya İdman Kompleksində “Bəşəriyyətin sülh carçıları” adlı bayram tədbiri keçirilib. Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov və Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxış ediblər. Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi, körpələr evi-uşaq bağçaları, uşaq musiqi məktəbi və Uşaq-gənclər inkişaf mərkəzi yetirmələrinin hazırladığı konsert proqramı təqdim olunub.

 

***

 

Ağstafa RMİ-nin dəstəyi, H.Arif adına Ağstafa şəhər Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. İdarə rəisi Nurəddin Mehdiyev uşaqları bayram münasibətilə təbrik edib.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən “Sevincimiz, xoşbəxtliyimiz – cəmiyyətin gələcəyi uşaqlar” adlı tədbirdə Azərbaycan xəritəsini əks etdirən fləşmob nümayiş etdirilib.

 

Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən “Uşaqlar sevincimizdir” başlığı altında rəsm sərgisi təşkil olunub.

 

Qazax rayon Mədəniyyət Mərkəzi Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbi ilə birgə “Uşaqlara açıq səma” adlı tədbir təşkil edib.

 

***

 

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzi, şəhər Mədəniyyət Mərkəzi və Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə uşaqların bayramına həsr olunan silsilə tədbirlər keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə balacalar şeirlər söyləyib, mahnılar oxuyub, şən musiqilərin sədası altında rəqs ediblər.

 

Uşaq incəsənət məktəbi isə Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilinin yekunu ilə bağlı bayram konserti keçirib. Tədbirdə rayon icra başçısının müavini Vüqar Məmmədov və Şəmkir RMİ-nin rəis müavini Seymur Səfərov çıxış ediblər.

 

***

 

Ağdaş RMİ Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində keçirilən bayram tədbirində 1-ci sinif şagirdləri tanınmış bəstəkarların repertuarından əsərlər səsləndirib, mahnı və rəqslər təqdim ediblər.

 

Ağdaş rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür” başlığı altında kitab sərgisi keçirilib.

 

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “Uşaqların sevinci dünyanın sevincidir” adlı tədbir keçirilib.

 

***

 

Lənkəran RMİ Lənkəran şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsində keçirilən tədbirdə şöbənin müdiri Xuraman Quliyeva çıxış edərək uşaqları təbrik edib, əlamətdar gün haqqında söz açıb.

 

***

 

Masallı RMİ Masallı Dövlət Rəsm Qalereyası və Masallı “Bioloji Təbabət” Klinikasının birgə təşkilatçılığı ilə “Sağlam Azərbaycan – uşaqların 2-ci tematik rəsm sərgisi” adlı tədbir keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov və digərləri çıxış ediblər.

 

***

 

Şəki RMİ-nin tabeliyindəki M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi “Xoşbəxt olsun uşaqlarmövzusunda uşaq səhnəciyi keçirib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində isə “Zəfər müjdəli ölkənin qayğısız fidanları” adlı tədbir keçirilib. İncəsənət məktəbinin kollektivi və Heydər Əliyev Mərkəzinin musiqi dərnəyinin üzvləri konsert proqramı ilə çıxış ediblər.

 

Qax şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Gələcək sizinlə gələcək” adlı bayram tədbirində rayon Mədəniyyət Mərkəzinin, İncəsənət məktəbinin, uşaq bağçaları kollektivlərinin konsert proqramı maraqla qarşılanıb.

 

***

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə şəhərin mərkəzi meydanında “Xoşbəxt uşaqlar” adlı tədbir keçirilib.

 

Quba rayon MKS-nin Xucbala, Amsar, Alpan kənd kitabxanalarında da 1İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər təşkil edilib.

 

***

 

Gəncə RMİ Gəncə şəhər MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Hər birimiz bir çiçək” başlığı altında ədəbi-bədii gecə keçirilib.

 

Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Uşaqlar bizim gələcəyimizdir!” adlı bayram şənliyi keçirib. Tədbirdə Gəncə RMİ-nin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev, Samux MKS-nin direktoru Telli Nəsibova və başqaları çıxış ediblər.

 

***

 

Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində “Uşaqları sevgimizlə qoruyaq!” adlı xeyriyyə satış-sərgisi keçirilib. Sərgidə “Evdə fərdi təhsil məktəbi”nin rəsm bacarığı olan fiziki imkanları məhdud şagirdlərinin 70-dən çox əl işi nümayiş olunub.

 

Tədbirdə Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək uşaqlara təbriklərini çatdırıblar.

 

Şəhər Mədəniyyət evinin “Sumqayıt” rəqs qrupu “Azərbaycan süitası” rəqs nömrəsi ilə çıxış edib. Sərgidə iştirak edən uşaq və yeniyetmələrə, habelə rəqs kollektivinin üzvlərinə fəxri fərmanlar təqdim olunub.

 

Regional idarənin tabeliyindəki Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbində əlamətdar gün münasibətilə “Şən notlar” adlı konsert keçirilib. Aparıcı Xanım Məmmədova uşaqların bayramı haqqında məlumat verib. Konsertdə şagirdlərin ifasında Ü.Hacıbəyli, F.Əmirov, R.Hacıyev və başqa bəstəkarların əsərləri və şeirlər səsləndirilib.

 

***

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Uşaqları qoruyaq!” adlı tədbir keçirilib.

 

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları uşaqların bayramı münasibətilə şəhidlər Zeynal Zülfüqarlı və Fuad Bağırovun ailələrini ziyarət edərək övladları ilə görüşüblər. Balaca fidanlara bayram münasibətilə hədiyyələr təqdim edilib.

 

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.4.