Səməd Vurğunun evində ədəbi axşam

 

İyunun 1-də Səməd Vurğunun Ev-Muzeyində şairə, filoloq Afaq Sultanovanın yaradıcılığına həsr olunan tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələri, Abdulla Şaiqin Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə, “Oxbridge” akademiyasının kollektivi, “GünayUşaq və gənclər teatrının üzvləri iştirak etdilər.

 

Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova qonaqları salamlayaraq  Afaq Sultanovanın yaradıcılığı haqqında məlumat verib.

 

Şairə Qarabağla, Şuşa ilə bağlı Qələbə ruhlu şeirlərini oxuyub. “Günayuşaq və gənclər teatrının üzvləri, ADMİU tələbələrinin ifasında şairənin şeirləri səsləndirilib.

 

Tədbirin sonunda Afaq Sultanova yeni çapdan çıxmış “Äóøè îñåííèå íàïåâû” (“Qəlbin payız nəğmələri”) adlı şeirlər toplusunu qonaqlara hədiyyə edib.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.3.