Vətənin qəhrəmanları unudulmur

   

Sumqayıt RMİ-nin Xızı rayonu üzrə nümayəndəliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xızı rayon komitəsinin əməkdaşları rayonda yaşayan qazi və şəhid ailələrini ziyarət ediblər.

 

Abşeron rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Babək Allahverdiyevin doğum gününə həsr olunan “Şəhidlər ölmür” adlı tədbir keçirilib.

 

***

 

Lənkəranın Osaküçə kəndində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən 17 şəhidin adının əbədiləşdirilməsi məqsədilə abidə kompleksinin açılış mərasimi keçirilib.

 

***

 

Kürdəmir RMİ İmişli rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, baş leytenant Cavid Səfərlinin anadan olmasının 29-cu ildönümünə həsr edilən “Azərbaycan oğluyam” adlı tədbir keçirilib. Tədbirdə idarə rəisi Faiq Xudanlı da iştirak edib.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.4.