Sonuncufilmi növbəti beynəlxalq festivalda

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi Salnaməfilmstudiyası tərəfindən istehsal olunmuşSonuncusənədli filmi iyunun 6-11-də Polşada, 41-ci Koszalin Debüt Filmləri Festivalında nümayiş olunacaq.

 

Ekran işiGənclər kinoadı altında keçirilən festivalın qısametrajlı filmlər üzrə müsabiqə proqramında iştirak edəcək.

 

Baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub Fariz Əhmədov, quruluşçu operatoru Mateuş Çuxnovski (Polşa) olan film Xəzər dənizindəki Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.

 

Qeyd edək ki, “Sonuncuötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, bir sıra festivallarda iştirak edib. Ekran işi Bosniya Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda, Polşada keçirilən “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında, 5-ci “DokuBakuBeynəlxalq Sənədli Film Festivalında mükafatlara layiq görülüb.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.8.