Görüş, sərgi, konsert...

 

Ağdaş RMİ Zərdab rayon Heydər Əliyev Mərkəzində 15 İyunMilli Qurtuluş Günü münasibətilə mərkəzdə fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər” məktəbinin şagirdlərinə “Gələcək nəsilləri Heydər Əliyev ideyaları ruhunda tərbiyə etmək müstəqilliyimizi qorumaq, Vətəni, xalqın işıqlı gələcəyini təmin etmək deməkdir” mövzusunda məşğələ keçirilib.

 

***

 

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluş tariximiz” adlı sərgi təşkil edilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto, kitabjurnallardan, eləcə də dövlət rəmzlərini əks etdirən əl işlərindən ibarət sərgi iyunun 16-dək açıq olacaq.

 

***

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin (1908-1938) doğum günü (5 iyun) ilə əlaqədar “Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?!” adlı tədbir keçirilib. Şagirdlər şairin şeirlərini səsləndirib, M.Müşfiqin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

 

***

 

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Xızı rayonunun mədəniyyət müəssisələrində olub. O, Heydər Əliyev Mərkəzinə, Mikayıl Müşfiq Muzeyinə, Xızı rayon MKS-nin Tıxlı kənd kitabxana filialına, kənd klubu və Altıağac qəsəbə Diyarşünaslıq evinə baxış keçirərək müəssisələrin fəaliyyəti ilə tanış olubmüvafiq tapşırıqlar verib. Xızı rayon Heydər Əliyev Mərkəzində idarə rəisinin Xızı rayon nümayəndəliyinin əməkdaşları ilə görüşü keçirilib.

 

İdarə rəisi Xızı rayon Mikayıl Müşfiq Muzeyində nakam şairin anadan olmasının 114-cü ildönümünə həsr olunan tədbirdə də iştirak edib. Tədbirdə Rəşad Əliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli və başqaları Mikayıl Müşfiqin yaradıcılığından söz açıblar.

 

Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 5 iyunDünya ətraf mühitin mühafizəsi günü münasibətilə Nəsimi parkında “Biz təbiətin dostlarıyıq” adlı təmizlik aksiyası keçirib.

 

***

 

Bərdə RMİ-nin təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib. Tədbirdə çıxış edən idarə rəisi Vəsilə Möhsümova işğaldan azad edilmiş torpaqlarda hərbçilərlə görüşlərin keçirilməsi və onlara mədəni xidmət göstərməyin qürurverici olduğunu bildirib. Təqdim olunan konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

***

 

Şəki RMİ Balakən rayon MKS-nin Mazımçay kənd kitabxana filialı Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” (18 may – 18 iyun) çərçivəsində kitabxananın fəal oxucuları ilə görüş keçirilib. Çıxışlarda bildirilib ki, insan hüquqları qoruyucu təbəqə kimidir. Onlar bizə hörməti təklif edir və bizdən başqalarına hörmətlə yanaşmağı tələb edir. Hüquqlarımızı bilməli və qarşı tərəfi də bu barədə məlumatlandırmalıyıq.

 

***

 

Kürdəmir RMİ Beyləqan rayon Mədəniyyət Mərkəzində müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əlisəfa Azayevlə oxucuların görüşü keçirilib. Görüşdə RMİ-nin rəisi Faiq Xudanlı, AYB-nin Beyləqan rayon şöbəsinin üzvləri, rayon ziyalıları və oxucular iştirak ediblər.

 

***

 

Gəncə RMİ Kəlbəcər rayon Mədəniyyət Sarayında Azərbaycan Aşıqlar Birliyinin (AAB) Gəncəbasar bölməsinə sədr və təmsilçilərin seçimi keçirilib. Tədbirdə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, Milli Məclisin deputatı Aqil Məmmədov və başqa qonaqlar iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.4.