Bölgələrdə “Şuşa İli” tədbirləri davam edir

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Kənarmeşə kənd Sənətkarlıq evində “Əziz Şuşa, sən azadsan!” adlı ədəbi-bədii gecə keçirilib. Klub işçilərinin, kənd sakinlərinin və məktəblilərin iştirak etdiyi tədbirdə özfəaliyyət dərnəyinin üzvləri Şuşaya həsr olunmuş şeirlər, musiqilər səsləndirib, milli rəqslərimizi ifa ediblər.

 

***

 

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasında “Şuşa İli” münasibətilə regional idarənin təşkilatçılığı ilə keçirilən müsabiqəyə təqdim olunmuş rəsm əsərlərinə münsiflər heyəti tərəfindən baxış keçirilib. Müsabiqədə iştirak üçün dərnək üzvlərindən Yasəmən Almərdanlı, Adif Əliyev və Nərmin Əliyevanın rəsm əsərləri təqdim edilib.

 

***

 

Masallı RMİ Cəlilabad rayon Kövüzbulaq kənd Mədəniyyət evində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov çıxış edərək “Şuşa İlinin əhəmiyyəti haqqında danışıb.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Səməd Vurğun adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan istedadlar müsabiqəsi keçirilib. Müsabiqədə Dəniz İsmayılzadə I, Zəhra Məmmədzadə, Dilbər Məmmədova II, Kərəm Arifzadə, Rüfət Cabbarlı, İsmayıl Əsədzadə və Nigar Afilova III yerə layiq görülüblər.

 

Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi “28 May” Mədəniyyət evində “Xarıbülbül” adlı hesabat konserti təşkil edib.

 

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin şəhər Mədəniyyət evi isə Abşeron rayonu Novxanı qəsəbə Sənətkarlıq klubu ilə birgə “Şuşa mədəniyyətinin inciləri” adlı ədəbi-bədii gecə keçirib.

 

Abşeron rayon Qobu qəsəbə Uşaq incəsənət məktəbində “Bura Vətəndir!” adlı tədbir təşkil olunub. Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev çıxışında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasından söz açıb. Tədbirin bədii hissəsində maraqlı kompozisiyalar nümayiş olunub.

 

Sumqayıt RMİ-nin əhatə etdiyi Şuşa rayon Xəlfəli kənd Uşaq musiqi məktəbinin və Şuşa şəhər Bülbülcan adına Uşaq musiqi məktəbinin hesabat konsertləri keçirilib. Şuşa rayon Malıbəyli kənd Uşaq musiqi məktəbində isə “Şuşa inciləri” adlı tədbir keçirilib. Tədbirdə idarə rəisinin müavini İlham Əhmədov və Şuşa rayonu üzrə baş məsləhətçi Bayram Cəfərli çıxış ediblər.

 

***

 

Gəncə RMİ və Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Qələbəyə gedən yol” adlı tədbir keçirilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbirdə Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri, xor kollektivi və “Şurinstrumental ansamblının ifasında musiqi nömrələri səsləndirilib.

 

***

 

Şəki RMİ Zaqatala rayon MKS və Zaqatala Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Vətən ürəyi Şuşa gənc rəssamların gözü ilə” adlı rəsm sərgisi açılıb. Sərgidə kitabxananın oxucularının və qalereyanın rəsm dərnəyi üzvlərinin əl işləri və Qarabağ mövzusuna aid kitablar nümayiş olunub.

 

Zaqatala rayon Uşaq incəsənət məktəbinin kollektiviŞuşaya qayıdış” adlı konsert proqramı ilə Oğuz rayon Uşaq musiqi məktəbinin qonağı olub.

 

***

 

İsmayıllı RMİ Şamaxı Mədəniyyət Mərkəzində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə şəhər 3, 9 və 10 saylı tam orta məktəblərin şagirdlərinin hazırladığı şeirmusiqili kompozisiya, rayonun tanınmış incəsənət ustalarının konsert proqramı maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.4.