Azad edilmiş ərazilərdə turizm inkişafı ilə bağı konsepsiyalar

 

İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun iclasında “Daşaltı kəndinin turizm inkişafı konsepsiyası”nın təqdimatı olub.

 

Dövlət Turizm Agentliyinin əməkdaşı Şuşa rayonunun Daşaltı kəndində  turizm sektorunun inkişafı ilə bağlı proqnozlarinvestisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə ətraflı məlumat verib.

 

Qeyd edilib ki, Dövlət Turizm Agentliyi tərəfindən may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirilib, istiqamətlər müəyyən edilib. Rayon ərazisində turizm resurslarından səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizmrekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı konsepsiyası” hazırlanır.

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.4.