QubadaOxu bayramı”

 

Xaçmaz RMİ-nin əhatə etdiyi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin qarşısında, açıq havadaŞuşa İli”nə həsr olunmuşOxu bayramı” keçirilib.

 

Quba rayon MKS-nin təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar kitab və “Bacarıqlı əllər” dərnək üzvlərinin rəsm sərgilərinə baxıblar.

 

Sonra S.VurğununVaqif” pyesindən bir hissə, uşaqların təqdimatında rəqslər və “Cırtdan” nağılından səhnəcik nümayiş etdirilib. Fəal oxucuların ifasında şeirlər səslənib.

 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmiictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

 

Milli Məclisin deputatı Vahid Əhmədov “Şuşa İli” çərçivəsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, Şuşada, Qarabağda aparılan quruculuq işlərindən danışıb.

 

Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov regionda mədəniyyət müəssisələri tərəfindən “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərin ilboyu davam edəcəyini bildirib.

 

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şair Ramiz Qusarçaylı, rayon MKS-nin direktoru Saməddin Nəsirov da çıxış ediblər.

 

Sonra rayon Mədəniyyət Mərkəzi, Quba rayon uşaq incəsənət və musiqi məktəbləri kollektivlərinin ifasında konsert proqramı təqdim edilib.

 

Oxu bayramı”nda fəal iştirak edən oxucular və kollektivlər fəxri fərmanlarla təltif olunublar.

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.4.