Ordubadiyə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

 

 

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadinin (1872-1950) 150 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən elektron məlumat bazası hazırlanıb.

 

Kitabxanadan bildirilib ki, “Məmməd Səid Ordubadi–150” adlı elektron bazada ədibin həyat və fəaliyyəti, Azərbaycan tarixi roman janrında tutduğu müstəsna mövqeyi, müəllifi olduğu əsərlər  barədə məlumatlar yerləşdirilib. Həmçinin onun haqqında yazılan kitablar, dissertasiyalardövri mətbuat nümunələrinin siyahıları da təqdim edilib. Bazada M.S.OrdubadininMolla Nəsrəddin” jurnalı ilə ünsiyyəti və sıx bağlılığı haqqında geniş məlumat verilib. Ordubadinin Xatirə Muzeyi haqqında da materiallar toplanıb.

 

Kitabxananın saytında yerləşdirilən “Məmməd Səid Ordubadi–150” adlı elektron bazası ilə bu linkdə tanış olmaq

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.6.