Vətən ocaqdırsa, şəhidlər oddur...

 

Beyləqan rayonu Orta Əlinəzərli kəndində şəhidlərin xatirəsinə abidə inşa olunub. Dirimiz əsgərdir, ölümüz şəhidadlı abidədə 1-ci 2-ci Qarabağ müharibələrində 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Orta Əlinəzərli kəndindən 7 qəhrəman şəhidin fotoları əks olunub. Çıxışlardan məktəblilərin ifasında qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndirilib.

 

***

 

Balakən rayonunun Talalar kəndində Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa edilib. Kompleksdə Birinci Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Talalar kəndindən 18 şəhidin xatirə lövhələri yerləşdirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 44 günlük Vətən müharibəsində şanlı Zəfərin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib.

 

Mərasimdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

***

 

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialıŞəhidlər şərəf, qeyrət zirvəsidirmövzusunda Vətən müharibəsinin şəhidi Həsən Bayramovun ailəsi ilə görüş keçirib.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin Mədəniyyət evi Vətən müharibəsi şəhidləri Emil İsgəndərov, Eltun Əliyev və Elvin Novruzova həsr olunan “Vətən ocaqdırsa, şəhidlər oddur” adlı ədəbi-bədii gecə təşkil edib.

 

Mədəniyyət.- 2022.- 10 iyun.- S.4.