İnsan hüquqları: ləyaqət və bərabərlik

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən bu il də ənənəvi olaraq 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub. Aylıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil edilir.

 

Gəncə RMİ Goranboy rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan cəmiyyətində insan hüquqları” mövzusunda seminar keçirilib. Çıxışlardan sonra iştirakçılar  kitabxananın təşkil etdiyi “Hüquqlarımızı bilək” başlıqlı kitab sərgisinə baxıblar.

 

Ağdaş RMİ Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanası və Zərdab rayon Uşaq və ailələrə dəstək mərkəzinin birgə təşkilatçılığı ilə “Hüquqlarımızı müdafiə edək!” başlığı altında tədbir keçirilib. Zərdab rayon Heydər Əliyev Mərkəzində də mövzu ilə bağlı tədbir təşkil edilib. “Heydər Əliyev və insan hüquqları” mövzusunda məruzə dinlənilib.

 

Sabirabad RMİ Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Şirvan Dövlət Rəsm Qalereyası, şəhər Tarix-Diyarşünaslıq Muzeyi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – hüquq və idarəetmə sistemini möhkəmləndirən lider” adlı tədbir keçirilib.  Tədbir çərçivəsində Şirvan Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin insan hüquqları mövzusunda əsərlərinə baxış keçirilib.

 

Şəki RMİ Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında “Hüquqlarımızı bilək və özümüzü müdafiə edək!” mövzusunda diskussiya keçirilib. “İnsan hüquqları nədir?”, “Uşaq haqları sözləşməsi” və “Uşaqların qorunma haqqı vardır” adlı animasiya çarxları nümayiş olunub.

 

Sumqayıt RMİ Xızı rayon Heydər Əliyev Mərkəzində “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirilib.

 

Mədəniyyət.- 2022.- 10 iyun.- S.4.