Müxtəlif səpkili xəbərlər

 

Sumqayıt RMİ-nin tabeliyində fəaliyyət göstərən Şuşa Dövlət Rəsm Qalereyası tərəfindən Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisindəki yeni yaşayış massivində fəaliyyət göstərən Şuşa rayon Quşçular kənd Uşaq musiqi məktəbində sərgi salonunun açılışı keçirilib. Tədbirdə Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev çıxış edib.

 

Sumqayıt RMİ-nin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin kamança ixtisası üzrə 5-ci sinif şagirdi Məhəmməd Nəzərli Türkiyədə keçirilən onlayn beynəlxalq musiqi müsabiqəsində II yerə layiq görülərək diplomla mükafatlandırılıb. Məhəmmədi müsabiqəyə hazırlayan müəllimi Tünzalə Əzizova təşəkkürnamə ilə təltif edilib.

 

***

 

Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq musiqi məktəbi və Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin pedaqoji kollektivləri ilə görüş keçirib.

 

Mədəniyyət.- 2022.- 10 iyun.- S.4.