Mədəniyyət paytaxtımız – ruhumuzun ünvanı

 

Şəki Regional Mədəniyyət İdarəsi (RMİ) Şəki şəhər Heydər Əliyev Mərkəzində şəhər Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə “Rəqs bir dünyadır” adlı tədbir keçirilib. Şəki RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibov çıxış edərək rəqsin əhəmiyyətindən danışıb. Tədbir Şəki şəhər Uşaq incəsənət məktəbi rəqs kollektivinin çıxışları ilə davam edib.

 

***

 

Sumqayıt RMİ-nin əhatə etdiyi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində “Şuşa İli” çərçivəsində hesabat konserti keçirilib. Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.

 

***

 

Lənkəran RMİ Oqtay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbində “Azərbaycan bayrağı Şuşada dalğalanır!” adlı tədbir keçirilib. Məktəbin müəllim və şagirdlərinin ifasında xalq və bəstəkar mahnıları, milli rəqslərimiz ifa olunub, şeirlər səsləndirilib.

 

***

 

Sabirabad RMİ Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində “Şuşa təranələri” adlı fortepiano ixtisası üzrə sinif konserti keçirilib. Konsertdə şagirdlər tərəfindən müxtəlif səpkili əsərlər ifa olunub.

 

***

 

Masallı RMİ Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə Cəlilabad şəhər 1, 7, 8 saylı tam orta məktəblərin şagirdləri iştirak edib.

 

***

 

Xaçmaz RMİ Qusar rayon Mədəniyyət Mərkəzinin Düztahir kənd Folklor evində “Adət-ənənələrimizin beşiyiŞuşamövzusunda tədbir keçirilib. Tədbirdə bədii özfəaliyyət kollektivlərinin üzvləri, gənc oğlan və qızlardan ibarət rəqs qrupları konsert proqramı təqdim ediblər.

 

***

 

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Çuxanlı kənd Folklor klubuŞuşa İli”nə həsr olunan konsert proqramı təşkil edib. Konsertdə Folklor klubu, həmçinin Qarabağlı kənd Diyarşünaslıq evi və Aşağı Kürkənd klubunun ansamblı və solistləri şən mahnılar səsləndiriblər.

 

***

 

İsmayıllı RMİ və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ruhumuzun ünvanı – Şuşa” adlı tədbir keçirilib. Şamaxı rayon Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə rayonun icra başçısı Tahir Məmmədov, RMİ-nin rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər. Şamaxı Xalq teatrının əməkdaşları, aşıqlar qrupu, müğənnilər Eldəniz Məmmədov, Xətai Hacıyev, Nisbət Sadrayeva, Rəvan Qaçayev və başqalarının iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim edilib.

 

***

 

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Mədəniyyətin beşiyiŞuşa” adlı bədii qiraət müsabiqəsinin seçim mərhələsi keçirilib. Müsabiqədə rayon orta ümumtəhsil məktəblərindən 15 şagird iştirak edib.

 

Mədəniyyət.- 2022.- 10 iyun.- S.4.