“Golden Kids Awards – 2022” nominasiyaları üzrə təltif mərasimi keçirilib

 

Nizami Kino MərkəzindəAzərbaycan Könüllüləriİctimai Birliyinin təşkilatçılığı ilə sayca dördüncü dəfə “Golden Kids Awards – 2022” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

 

Azərbaycan Könüllüləriİctimai Birliyinin (AKİB) prezidenti İmaməddin Quliyev layihənin istedadlı uşaqlar gənclər üçün motivasiya xarakteri daşıdığını vurğulayaraq iştirakçılara yeni uğurlar arzulayıb.

 

AKİB-nin Mədəniyyət incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli layihəninŞuşa İliçərçivəsində keçirildiyini vurğulayaraq hər kəsə öz təşəkkürünü bildirib.

 

Qala-gecənin aparıcıları Ceyhun Həsənli Elnarə Sadıqova 22 nominasiya üzrə mükafatları təqdim etmək üçün qonaqları qalibləri səhnəyə dəvət edib. Mükafatlandırma mərasimində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin əməkdaşları, dövlət QHT nümayəndələri, mədəniyyət ictimaiyyət xadimləri iştirak ediblər.

 

AKİB-nin Mədəniyyət və incəsənət departamentinin təsis etdiyiGolden Kids Awards” müsabiqəsi 2018-ci ildən keçirilir. Layihənin məqsədi 5-16 yaşadək uşaq və gənclərin yaradıcı inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

 

Mədəniyyət.- 2022.- 10 iyun.- S.5.