Afaq Abbasova İtaliya səhnəsində

 

Al Mulino” operasında baş rolda

 

 

Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Triest şəhərindəki Cüzeppe Verdi adına Opera Teatrında səhnəyə qoyulan Ottorino RespigininAl Mulino” operasında baş roldaAniuska partiyasında çıxış edib.

Əməkdar artist uzun müddətdir İtaliyada məşqlərdə iştirak etdiyiniilk dəfə səhnələşdirilən bu tamaşada baş rolu ifa etməkdən xoşbəxt olduğunu deyib. Cüzeppe Verdi adına Opera Teatrında premyerası olan “Al Mulinotamaşasının dirijoru Fabrizio Da Ros, rejissoru Daniele Piskopodur.

Sənətçi bildirib ki, “Al Mulinooperasında əsas partiyanı ifa etməklə yanaşı, R.LeonkavallonunPagliaccioperasında Nedda obrazında da səhnəyə çıxıb. Opera yeni quruluşda dirijor Valerio Qalli rejissor Viktor Qarsia Sierranın rəhbərliyi ilə səhnələşdirilib. Hər iki tamaşa İtaliya tənqidçilərinin müsbət rəyi tamaşaçıların alqışları ilə qarşılanıb. Tamaşalarımız davam edir”, – deyə A.Abbasova bildirib.

Əməkdar artist İtaliyada yaradıcı fəaliyyətinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.

 

Mədəniyyət.- 2022.- 22 iyun.- S.8.