FantazEUfestivalındaQarışıq gözəlliksərgisi

 

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə 1-18 mart tarixində BakıdaFantazEUadlı mədəni irs festivalı keçirilir.

Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya Yunanıstanın iştirakı ilə təşkil olunan festival Avropa Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə diqqət yetirməklə, mədəni müxtəlifliyi təşviq etmək məqsədi daşıyır.

Martın 1-də “FantazEUfestivalı çərçivəsində rəssam Fəridə QarayevanınQarışıq gözəllikadlı fərdi sərgisi açılıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bu qəbildən mədəni tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, mədəni irs insanları birləşdirir: “Bu, festivalın ilk tədbiridir. Festivalın proqramı çox maraqlı zəngindir. Belə ki, proqramda ədəbiyyat gecələri, yerli xarici rəssamların tədbirləri, kino nümayişləri olacaq. Belə mədəni tədbirlərin keçirilməsi Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlığın inkişafına təkan verəcək...”.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.1.