Akademik Rus Dram Teatrı premyeraya hazırlaşır

 

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovunQara paltarlı qadın gəlirdiromanı əsasında səhnələşdirilən tamaşanın premyerası 26-27 mart tarixlərində olacaq.

Teatrdan verilən məlumata görə, “ qadın gəlirdi...” adlı tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın SSRİ-nin Xalq rəssamı Tahir Salahov, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim rəssamları Anna İbrahimova Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşanın musiqi həlli Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya səhnə plastikası Xalq artisti Fuad Osmanova məxsusdur. Xoreoqrafiya üzrə assistentlər Əməkdar artistlər Mariya Duboviskaya Həcər Ağayevadır.

Rolları Xalq artistləri Məbud Məhərrəmov Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva, Mariya Duboviskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Salman Bayramov Yuri Omelçenko ifa edirlər.

Maqsud İbrahimbəyovun romanında hadisələr XX əsrin 80-90-cı illərində Abşeronda, dənizkənarı yaşayış məntəqələrindən birində cərəyan edir.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.3.