Qax Dövlət Kukla Teatrının Novruz proqramı

 

 

Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncəli proqram hazırlayır. Proqramın quruluş müəllifi – teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, məqsəd məktəblilərin yaz tətili günlərinin mənalı keçməsini təmin etməkdir.

Uşaqlar Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edəcəklər. Sonra Osman Abdullayevin qələmə aldığı “Qoğal” əsəri əsasında hazırlanan tamaşa göstəriləcək. Novruz şənliyi kompozisiyasının rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Hazırda teatrda Rəhman Əlizadənin “Tülkünün uçuşu” tamaşası üzərində məşqlər də davam edir.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.4.