“Adsız qadın” İstanbul səhnəsində

 

İstanbulda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Adsız qadın” teatr tamaşasının nümayişi olub.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbulun Ümraniye Bələdiyyəsinin dəstəyi, Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə səhnələşdirilən tamaşa dünyada müharibə və terrordan əziyyət çəkən bütün qadınlara həsr olunub.

Tədbirin rəsmi hissəsində çıxış edənlər bundan otuz il əvvəl ermənilər tərəfindən Xocalıda törədilən soyqırımından danışıb, tarixin qanlı səhifəsi olan bu insanlıq əleyhinə cinayətin səbəbkarlarının ədalət məhkəməsi qarşısında cavab verməsini tələb ediblər.

Tədbir çərçivəsində Ümraniye Bələdiyyəsinin binasında Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi də açılıb.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.8.