Anadır arzulara hər zaman Qarabağ

 

Regional idarə xor müsabiqəsi keçirəcək

 

 

 

Kürdəmir RMİ-nin təşkilatçılığı iləAnadır arzulara hər zaman Qarabağdevizi altında regional xor müsabiqəsi keçiriləcək.

Müsabiqənin məqsədi ölkəmizdə zəngin xor ənənələrinin inkişaf etdirilməsi, uşaq musiqi incəsənət məktəblərində xor fənninin tədrisi səviyyəsinin yüksəldilməsi, uşaqlarda bu sənətə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin təşviqi, eləcə uşaqlarda vətənpərvərlik hisslərinin, Qarabağ-Şuşa mədəniyyətinin təbliğidir.

Şuşa İliçərçivəsində aprel ayında keçiriləcək müsabiqə iki turdan ibarət olacaq. Birinci tur Xocavənd rayon Uşaq musiqi məktəbində, ikinci tur Horadiz şəhər Muğam Mərkəzində təşkil olunacaq. Müsabiqənin yekun turunda incəsənət ustalarının konserti də nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyən uşaq musiqi və incəsənət məktəbləri Kürdəmir RMİ-yə müraciət edə bilər.

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.4.