Vətən fədailəri unudulmur

 

Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov Vətən müharibəsi şəhidləri Bəşir Abbasov və İsmət Hacıyevin ailələrini ziyarət edib. Görüş zamanı hər iki qəhrəmanımızın keçdiyi döyüş yoluna nəzər salınıb.

Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları “Vətən üçün oxu” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi İlham Rəşidovun övladları ilə görüşüb, onlara kitablar hədiyyə ediblər.

Gəncə RMİ Goranboy rayon MKS-nin Tapqaraqoyunlu kənd kitabxana filialı və kənd orta məktəbinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Hidi Vəliyevin doğum günü münasibəti ilə “Şəhidim, cənnətdəki ad günün mübarək” adlı tədbir keçirilib. Tədbirdə məktəblilərin ifasında “Vətən oğlu” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.4.