Müsəlman dünyasında ilk qadın deputat

 

Pərixanım Sofiyeva haqqında film çəkilib

 

 

Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyeva haqqında animasiya filmi çəkilib.

Qadınların Təşəbbüslərinə Dəstək Qrupuqeyri-hökumət təşkilatının layihəsi əsasında hazırlanan qısametrajlı ekran əsəri TbilisininAmiranikinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

Gürcü dilində (ingilis dilində altyazılarla) təqdim olunan animasiya filminin istehsal prosesinə azərbaycanlı icmadan məsləhətçilər cəlb olunub.

Cizgi filminin azərbaycandilli versiyası da hazırdır tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın soydaşlarımız üçün nümayişi nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf üzv seçilib. O, müsəlman dünyasında seçkili orqana demokratik yolla seçilən ilk qadın kimi tarixə düşüb.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.8.