“Qarabağın incisi

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər 11 illik İncəsənət məktəbinin birgə layihəsi olan “Qarabağın incisiŞuşa” adlı rəsm müsabiqəsi başa çatıb. Müsabiqədə I, II, III yerlərə layiq görülən məktəblilər fəxri fərmanla təltif edilib. Digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.

Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Siyəzən rayon Mərkəzi Kitabxanasında “Şuşa, sən azadsan!” mövzusunda tədbir keçirilib. Tədbirdə şagirdlər Vətənimizə, şəhidlərə və Şuşaya həsr edilmiş şeirlər söyləyib, “Xudayar təsnifi”ni ifa ediblər.

İsmayıllı RMİ Şamaxı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə RMİ-nin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Pərvin Şirəliyeva, rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova çıxış ediblər.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.4.