“Qələbəli Novruz” – bölgələrdə bayram əhvalı

 

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qələbəli Novruz” adlı sərgi açılıb. Sərgidə mərkəzin rəsm, tikiş, xalçaçılıq və s. kursları üzvlərinin əl işləri nümayiş etdirilir.

Gəncə RMİ T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbində “Novruz çələngi” adlı bayram şənliyi keçirilib.

Bərdə RMİ Bərdə rayon MKS-nin kənd kitabxana filiallarında Novruz şənlikləri təşkil edilib.

Sabirabad RMİ və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad və Saatlı rayon komitələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təqaüddə olan bir qrup mədəniyyət işçisi ziyarət olunub. Şirvan şəhər Mədəniyyət Mərkəzində “Bahar çələngi” adlı konsert proqramı təşkil edilib.

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanası, rayon Tarix-Diyarşünaslıq MuzeyiAğstafa şəhər 1 saylı Folklor evinin birgə təşkilatçılığı ilə “Şuşalı Novruzum” başlığı altında tədbir təşkil edilib. Rayon 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin təqdim etdiyi ədəbi-musiqili proqram maraqla qarşılanıb.

Biləsuvar RMİ Biləsuvar rayon MKS-nin Uşaq şöbəsində və İsmətli kənd kitabxanasında Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.4.