Vətən fədailəri unudulmur

 

Şəki RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibov və idarənin əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidləri Nicat İmamverdiyev, Eltun Kərimov və Zaur Əliyevin ailələrinə baş çəkib, bayram sovqatları təqdim ediblər. Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları II Qarabağ müharibəsi şəhidi Sayad Hacıyevin doğum günü münasibətilə ailəsini və məzarını ziyarət ediblər.

Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid mayoru Taleh Kərimovun doğum günü ilə əlaqədar “Qısa ömrün səhifəsi” adlı xatirə gecəsi keçirilib. Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidləri, baş gizirlər – Aynur Poladov və hərbi tibb qulluqçusu Eldar Abdullayevin ailələrini ziyarət ediblər. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin kollektivi isə II Qarabağ müharibəsi şəhidi Müşfiq Bəktiyevin ailəsinə baş çəkib. Qubadlı rayon Mədəniyyət evi tərəfindən Vətən müharibəsi şəhidi Rüfət Mustafayevin anım gününə həsr olunan tədbir təşkil edilib. Abşeron rayon Mədəniyyət Mərkəzinin filial müəssisələri – Fatmayı kənd Diyarşünaslıq klubu, Mehdiabad qəsəbə Diyarşünaslıq evi, Görədil kənd Folklor klubunun əməkdaşları II Qarabağ müharibəsi şəhidi Ələsgər Cavadovun anasını ziyarət ediblər. Sumqayıt RMİ-nin əhatə etdiyi Şuşa rayon Mədəniyyət evirayonun Malıbəyli kənd Mədəniyyət evinin kollektivləri isə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun ailəsinə baş çəkiblər.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və bir qrup mədəniyyət işçisi Vətən müharibəsi şəhidləri Əli Quliyev, Tural Vəliyev və Zahir Mehdiyevin ailə üzvləri ilə görüşərək onlara Novruz sovqatları hədiyyə edib.

Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin birgə əməkdaşlığı ilə şəhidlərin əziz xatirəsinə ithaf olunmuş “Şərəfli döyüş yolu” adlı tamaşa oynanılıb. Ssenari müəllifi Pərvanə Ziyadova olan kompozisiyada hər iki Qarabağ müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğulların həyat və şərəfli döyüş yoluna işıq salan səhnələrə yer verilib. Rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi kompozisiyanın musiqi tərtibatı Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

Ağstafa RMİ Ağstafa Rayon Tarix-Diyarşünaslıq MuzeyiHüseyn Arifin Ev-Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Xudayət Orucovun ailəsinə baş çəkiblər.

Gəncə RMİ Gəncə şəhər MKS “Şəhidlərimizi tanıyaq və tanıdaq!” başlığı altında Vətən müharibəsi şəhidi Elvin Mustafayevin anadan olmasının 30-cu ildönümü ilə bağlı anım günü təşkil edib.

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.4.