“Əziz Şuşa, sən azadsan!”

 

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzinin elan etdiyi “Əziz Şuşa, sən bizimsən!” adlı rəsm müsabiqəsinin mükafatlandırma tədbiri keçirilib. Müsabiqədə iştirak edən şagirdlərə diplom və hədiyyələr təqdim edilib.

İsmayıllı RMİ Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi Rəssamlıq şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətimizin, tariximizin beşiyiŞuşa” adlı rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqədə mərkəzdə təhsil alan şagirdlərin çəkdikləri 30-dan çox rəsm nümayiş olunub. I, II, III yerlərə layiq görülən məktəblilər fəxri fərmanlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif ediliblər.

Sumqayıt RMİ Xızı rayon Uşaq musiqi məktəbində “Əziz Şuşa, sən azadsan!” adlı ədəbi-bədii gecə keçirilib.  Təhsil ocağının “Xızı dağları” ansamblı və məktəbin müəllimlərinin ifasında xalq mahnıları səslənib, nağara sinfinin məzunları, qızlar ansamblı və şagirdlərdən ibarət xor kollektivinin musiqi nömrələri alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.4.