Xalqımıza Zəfər yaşadanlar unudulmur

 

Biləsuvar RMİ-nin əhatə etdiyi Cəbrayıl rayon Hovuslu kənd klubunun əməkdaşları Vətən müharibəsi şəhidi Əyyub Süleymanovun ailəsi ilə görüşüblər.

Bərdə RMİ Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Nicat Quliyevin ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar.

Xaçmaz RMİ Qusar rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Malik Xeyirbəyovun əziz xatirəsinə həsr olunmuş “Bizə Zəfər yaşadanları biz yaşadaq” adlı tədbir keçirilib.

Şəki RMİ Zaqatala rayon MKS-nin Uzuntala kənd kitabxana filialının əməkdaşları tərəfindən II Qarabağ müharibəsi qazisi Səid Suriyev ziyarət edilib.

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.4.