Soyqırımı Memorial Kompleksinə ekskursiyalar

 

Erməni-bolşevik quldur dəstələrinin 1918-ci ilin martında ölkəmizin müxtəlif regionlarında törətdiyi qırğınların 104-cü ildönümü münasibətilə Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyalar keçirilir.

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksinə “Tarixə səyahət” adlı ekskursiya təşkil edilib. Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar. Bildirilib ki, kompleksin ərazisindəki kütləvi məzarlıq erməni qəsbkarlarının üzünün dünyaya çatdırılması üçün tutarlı nümunədir.

Xaçmaz RMİ Xaçmaz rayon MKS-nin Qaradağlı, Palçıqoba, Ağarəhimoba, Ağyazı, Dədəli, Ləcət, Canaxır, Qusarçay, Nağıoba, Hacıqurbanoba, Susayqışlaq, Köhnə Xudat, Qadaşoba və Qımılqışlaq kənd kitabxana filiallarının əməkdaşları da Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.4.