Kazanda “Müsəlman dünyasının müasir musiqisi

 

Tatarıstanın paytaxtı Kazanda Volqaboyu bulqarlarının (Bulqar xanlığı – tatarca İdel Bolqar) İslam dininin qəbul edilməsinin 1100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Salih Saydaşev adına Konsert Salonunda keçirilən “Müsəlman dünyasının müasir musiqisi” adlı proqramda Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan, habelə Rusiya Federasiyası regionları bəstəkarlarının əsərləri səsləndirilib.

Kazan Konservatoriyasının Simfonik orkestri Bakı Musiqi Akademiyasının dosenti  Aliyə Məmmədovanın “Adagio” və “Xəyal” simfoniyalarının finalını da ifa edib.

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.8.