YubilyarKoroğlunun növbəti tamaşası

 

Aprelin 30-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının növbəti tamaşası olub. Tamaşa operanın 85 illiyinə həsr edilib.

Yubiley tamaşasında Koroğlu partiyasını Akademik OperaBalet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov ifa edib. Digər rollarda Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev və başqaları çıxış ediblər.

Opera tamaşasını teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

 

Mədəniyyət.- 2022.- 6 may.- S.5.