Bölgələrdə “Şuşa İli” tədbirləri

 

Xəbər verdiyimiz kimi, Kürdəmir RMİ “Şuşa İli” münasibətilə “Anadır arzulara hər zaman Qarabağ” adlı regional xor müsabiqəsi təşkil edib. Ümumilikdə 14 məktəbin iştirak etdiyi müsabiqənin yekun konserti Xocavənd rayon Uşaq musiqi məktəbində keçirilib. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi münsiflər heyəti kollektivlərin məharətini qiymətləndirib. Qaliblər RMİ tərəfindən mükafatlandırılıb.

 

***

 

Ağstafa RMİ Qazax Rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 22-də Şuşa şəhərində reallaşan Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar “Hər bir azərbaycanlı üçün inamümid günü – Zəfər Qurultayı” başlıqlı tədbir keçirilib. Tədbirdə Şuşa şəhərinə 3D qrafik təsvirli virtual səyahət formatında film nümayiş olunub.

 

Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən “Şuşa mədəniyyət paytaxtımızdır” adlı dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

 

***

 

Sabirabad RMİ tərəfindən keçirilən “Mədəniyyət beşiyiŞuşa” adlı regional yaradıcılıq müsabiqəsinə yekun vurulub. Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən final turunda ümumilikdə 52 nəfər iştirak edib. Müsabiqənin qalibləri Sabirabad RMİ-nin fəxri fərmanı və mükafatlarla təltif edilib. Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə çıxış edərək iştirakçı və qaliblərə yeni uğurlar arzulayıb.

 

Regional idarənin əhatə etdiyi Hacıqabul rayon Meyniman kənd Folklor evində “Şuşa İli” çərçivəsində keçirilən tədbirdə kənd tam orta məktəbi şagirdlərinin ifasında vətənpərvərlik ruhunda hazırlanan proqram təqdim olunub.

 

***

 

Şəki RMİ Şəki şəhər Mərkəzi Kitabxanasında “Şuşanın ədəbi mühiti” adlı tədbir keçirilib. Çıxışlarda qala-şəhərin ədəbi mühitinin zənginliyindən danışılıb.

 

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxanasında keçirilən “Şuşamusiqi beşiyimiz” adlı tədbirdə kitabxananın fəal oxucuları mədəniyyət paytaxtımıza həsr olunmuş şeirlər səsləndiriblər.

 

***

 

Bərdə RMİ Bərdə rayon MKS-nin Hüseynbəyli kənd kitabxana filialı “Şuşanın tarixi şəxsiyyətləri” adlı sərgi təşkil edib.

 

***

 

Gəncə RMİ Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində “Şuşa Qarabağın döyünən ürəyidir” adlı konsert keçirilib. Məktəbin xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərinin ifasında (bədii rəhbərlər Gülşən Məmmədova və Fərhad Ağayev) Üzeyir Hacıbəylinin “Cəngi” əsəri təqdim

 

Mədəniyyət.- 2022.- 6 may.- S.4.