Əbədiyaşar lider, müdrik şəxsiyyət

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd edilir.

 

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi və Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdurmövzusunda inşa yazı müsabiqəsi keçirilib. İsmayıllı şəhər məktəblilərinin iştirak etdiyi müsabiqənin qalibləri Gənclər və idman idarəsi tərəfindən təltif ediləcəklər.

 

***

 

Sabirabad RMİ-nin əhatə etdiyi Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı elmi-praktik konfrans keçirilib. Konfransda ümummilli liderə həsr olunmuş “Heydərnamə” şeiri əsasında hazırlanmış videofilm nümayiş etdirilib.

 

Şirvan şəhər Uşaq musiqi məktəbi və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

 

***

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq MuzeyiYeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirilib. Məktəblilərin ifasında Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Bir oğul göstərin Heydərə bənzər” adlı sərgi təşkil edilib. Mayın 12-dək davam edəcək sərgidə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitabjurnallardan ibarət 100-dək nümunə təqdim olunur.

 

***

 

Biləsuvar RMİ-nin tabeliyindəki  Salyan rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının ildönümü ilə əlaqədar “açıq qapı” günləri təşkil edilib.

 

***

 

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilib. Mərkəzin əməkdaşlarının təqdimatında kompozisiya təqdim olunub.

 

***

 

Kürdəmir RMİ-nin təşkilatçılığı ilə İmişli rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş regionalİstedad” baxış-müsabiqəsinin yekun mərhələsi keçirilib. Müsabiqədə Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarından bədii qiraət, musiqi, rəsm nominasiyaları üzrə 8-29 yaş arası uşaq və gənclər iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 6 may.- S.4.