Zəfər salnaməsi yazan qəhrəmanlar

 

Gəncə RMİ Gəncə şəhər Mərkəzi Kitabxanasının oxu zalında Vətən müharibəsinin şəhid baş leytenantı Elgün Xıdırovun xatirəsinə həsr olunan “Zəfər salnaməsinin qəhrəmanları – şəhidlər” adlı anım mərasimi keçirilib. Tədbirdə çıxış edənlər Elgün Xıdırovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açıblar.

Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov Vətən müharibəsi şəhidi Vahid Baxşiyevin ailəsini ziyarət edib.

Bərdə RMİ Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Asif Abışovun ailəsinə baş çəkiblər.

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənc həvəskar rəssam Rəşad Şabanovun portret janrında yaratdığı əsərlərdən ibarət sərgi açılıb. Sərgidə ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı 40 şəhidin portretləri nümayiş etdirilib.

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadəyə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidin həyat yolu haqqında məlumat verildikdən sonra mədəniyyət evlərindəki dərnək  üzvlərinin ifasında şeirlər söylənilib, kompozisiya nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 6 may.- S.4.