Azərbaycan musiqisini dünyaya tanıdan bəstəkar

 

Firəngiz Əlizadə-75

 

Dünya şöhrətli bəstəkar, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı, virtuoz pianoçu, dirijor Firəngiz Əlizadənin çoxşaxəli və məhsuldar yaradıcılığı, habelə geniş ictimai fəaliyyəti XXI əsr Azərbaycan professional musiqisinin dünya sənət aləminə inteqrasiyasında mühüm rol oynayır. Bəstəkarın əsərləri respublikamızın hüdudlarından uzaqlarda, bir sıra Avropa ölkələrində çox maraqla qarşılanır. Onun əsərlərinin hər yeni premyerası respublikamızın musiqi həyatında mühüm hadisəyə çevrilir.

 

Bəstəkarın beynəlxalq festivallarda səslənən əsərləri Azərbaycanın milli musiqi mədəniyyətini yüksək səviyyədə təmsil edir. O, Almaniya, Britaniya, ABŞ, Niderland, İsveç, Fransa, İtaliya, Polşa, Rusiya, Ukraynab. ölkələrdə keçirilən nüfuzlu festivallarda həm bəstəkar, həm pianoçu kimi uğurla çıxış edib, musiqisi geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, F.Əlizadə hələ 2000-ci ildə İsveçrənin “Luserne Musik Festwochen” beynəlxalq festivalının ilk qadın bəstəkar-rezidenti, 2001-ci ildə isə Almaniyanın Bonn şəhərinin “Bethovenhalleorkestrinin bəstəkar-rezidenti seçilmişdi. Alman rejissorları onun haqqında “Azərbaycanlı maestro” adlı film çəkiblər.

 

2007-ci ildə Firəngiz Əlizadə UNESCO-nunSülh artisti” (“Artist for Peace”) fəxri adına layiq görülüb. Respublikanın Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, “Şöhrət” və “Şərəf” ordenləri, habelə müxtəlif respublika və beynəlxalq təşkilatlar tərəfindən təqdim edilmiş mükafatmedallarbütün bunlar bəstəkarın çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunələridir.

 

Bəstəkar müxtəlif janrlarda yazılmış əsərləri ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb edir. Müasirlikmilli musiqi ənənələrinin parlaq təcəssümü, Şərq və Qərb musiqi mədəniyyətlərinin vəhdəti, hər bir janrda novatorluq prinsiplərinin yeni bədii təzahürü  Firəngiz Əlizadə yaradıcılığına xas olan əsas cəhətlərdir. Əsərlərinin bədii obraz dairəsi də çox genişdir. Burada yüksək vətənpərvərlik hissləri, doğma torpağın zəngin təbiətinin vəsfi, milli musiqi ənənələrinin müasir kontekstdə ifadəsi, fəlsəfi düşüncələrin bədii inikası və s. özünəməxsus fərdi yaradıcılıq təxəyyülünün təcəssümünü yaradır.

 

Firəngiz Əlizadənin “İntizar”, “ atlı haqqında əfsanə”, “Sənin adın Dənizdir” operaları, “Boş beşik”, “Optikal İdentity”, “Stadt-Qraniza” baletləri, “Al Kamandjaty” misteriyası, “Ölümsüzlüyə səyahət” oratoriyası, simfonik orkestr üçün “Nağıllar”, “İthaf”, kamera orkestri üçün “Dəniz”, “İmpromtu-Crossings” əsərləri, instrumental konsertləri, “Üç akvarel” və “Yapon poeziyasından” vokal silsilələri, müxtəlif ansambl tərkibi üçünMiraj”, “İtirilmiş zamanın axtarışında”, “Habilsayağı”, “Muğamsayağı”, “Eşq havası”, “Dərviş”, “Abşeron”, “Oyan!” və b. əsərləri Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin parlaq səhifələrini təşkil edir.

 

İntizar” operası (libretto müəllifi – Nərgiz Paşayeva) vətənpərvərlik mövzusunda yazılmış, öz zəngin musiqi dili, dramaturji konsepsiyası, orkestr üslubuorijinal səhnə təcəssümü ilə XXI əsrin görkəmli opera əsərləri sırasında durur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfərin carçısı olan operada uzun illər intizarını çəkdiyimiz  torpaqlarımızın yağı düşmənin işğalından azad edilməsi ideyası öz parlaq bədii həllini tapıb.

 

Bəstəkarın vətənpərvərlik mövzusunda yazılmış son əsərlərindən birixorsimfonik orkestr üçün “Zəfər marşı”dır. Müəllifin Qarabağ Zəfəri münasibətilə öz sözlərinə bəstələdiyi bu əsərdə müzəffər Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının vətənpərvərlik ruhu tərənnüm olunur.

 

Vətən müharibəsində Qələbənin birinci ildönümü ərəfəsində, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən “Qarabağ Azərbaycandır!” adlı konsertin proqramında Firəngiz  Əlizadənin xorsimfonik orkestr  üçün “Zəfər marşı”, habelə bir sıra müasir Azərbaycan bəstəkarlarının vətənpərvər ruhlu  yeni simfonikvokal-simfonik əsərləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijorXalq artisti F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti G.İmanova) və solistlərin ifasında uğurla səsləndi.

 

Firəngiz Əlizadənin mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri Avropanın mötəbər konsert səhnələrində səslənir, məşhur kollektivlərin – “Kronos Quartet” (San-Fransisko), “Collegium novus” (Sürix), “Berliner Filarmoniker” (Berlin), “Tang” (Sinqapur), görkəmli musiqiçilərin – İvan Monigetti, Devid Qerinqas, Yo Yo Ma, Evelin Qlenni, Elizabet Mozer, Hilari Hanb. repertuarını bəzəyir. “Sənin adın Dənizdir” operası (Hyuston, ABŞ), “Optikal İdentitybaleti (Sinqapur), “Al Kamandjaty” misteriyası (Roma, İtaliya), xanəndə, flamenko ifaçısı və ansambl üçünMugflagamenco” (Amsterdam, Niderland), fortepiano, violonçelkamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə), violonçel üçünOyan!” (Paris, Fransa) və s. əsərləri məhz xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılıb və həmin əsərlərin premyeraları böyük triumfla keçərək geniş rezonans yaradıb.

 

Belə nümunələrdən biri də “Amsterdam Royal Concertgbouwun sifarişi ilə bəstələnmiş “Nasimi Passion” (2017) əsəridir. Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunmuş, şairin qəzəlləri əsasında solist (bariton), xorsimfonik orkestr üçün yazılmış əsəri məşhur ingilis dirijoru Martin Brabbinsin idarəsi və həmyerlimiz, Almaniyanın Manheym Opera Teatrının solisti Əvəz Abdullanın iştirakı ilə   Niderlandın Kral Simfonik Orkestrixoru yüksək professional səviyyədə ifa edib. Müsəlman dünyasında bu janrda yazılmış ilk əsər olanNasimi Passion” Parisdə,  UNESCO-nun qərargahında keçirilən yubiley tədbirində də uğurla səslənib, həmçinin 2019-cu ildə “Aga Khan Music Awards” mükafatına layiq görülüb.

 

Bu il bəstəkarın yubileyi münasibətilə Avropanın müxtəlif ölkələrində yeni əsərlərinin premyeraları keçirilir, səhnə əsərləri tamaşaya qoyulur.

 

Mart ayında Almaniyanın Maqdeburq şəhərində Firəngiz Əlizadənin simfonik orkestr üçünSommer-Eindruck” (“Yay təəssüratı”) əsərinin premyerası böyük triumfla keçib. Dirijor Mixael Horstun rəhbərliyi altında “Mitteldeutsche Philharmonie Orchestra”nın təqdim etdiyi konsertdə klassik bəstəkarlar – F.Mendelson, F.ŞubertD.Şostakoviçin əsərləri ilə yanaşı səslənən əsər pandemiya fasiləsindən sonra bu məşhur kollektivin yenilənmiş repertuarına daxil edilərək tamaşaçıların böyük marağına səbəb olub. Bəstəkarın xüsusi olaraq bu orkestrin sifarişi ilə bəstələdiyi “Sommer-Eindruck” əsəri yeni konsert turnesi ilə il ərzində Almaniyanın bir sıra şəhərlərində ifa ediləcək.

 

Aprel ayında isə Londonun möhtəşəm “Poolkonsert zalında Firəngiz Əlizadənin simfonik orkestr üçünNizamki Cosmology” (“Nizami fəzası”) əsərinin premyerası ukraynalı dirijor Kirill Karabitsin rəhbərliyi altında “Bournemouth Symphony Orchestra”nın (Böyük Britaniya) ifasında böyük triumfla keçərək, tamaşaçıların rəğbətini qazanıb. Dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə, xüsusi olaraq bu məşhur kollektivin sifarişi ilə yazılmış əsər Nizami dühasını vəsf edən təntənəli himn kimi səslənib. Konserti efirdə canlı yayımın sonunda ingilis jurnalist Bronte Larsen-Disney belə şərh edib: “Firəngiz Əlizadə musiqisinin kosmologiyası XII əsr poeziyası haqqında ənənəvi məfhumların çərçivəsini daha da genişləndirdi, burada kosmos haqqında, bəşəri və səmavi hadisələrin qarşılıqlı əlaqəsi haqqında, insan təfəkkürünün təkamülü haqqında müasir təsəvvürlər möhtəşəm və parlaq şəkildə öz bədii təcəssümünü tapıb...”.

 

Qeyd etmək lazımdır ki, AvropadaAmerikada məşhur olan dirijor Kirill Karabits bu konsertdə “Şərqdən səslər” devizi altında zəmanəmizin üç görkəmli bəstəkarının əsərini – Q.QarayevinYeddi gözəl” baletindən süitanı, D.Şostakoviçin 12 saylı simfoniyasını və öz dahi müəllimlərinin ənənələrini yaşadan F.Əlizadənin “Nizamki Cosmology” əsərini bir konsert proqramına daxil edərək, vahid ənənə və varislik xəttini davam etdirib.

 

Dünya şöhrətli bəstəkarımızın yubileyi respublikamızda da təntənə ilə qeyd ediləcək. İyun ayında müxtəlif konsert salonlarında yubileyə həsr olunmuş musiqi festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək. Musiqisevərlər bir daha bəstəkarın füsunkar musiqisi ilə təmasda olmaq imkanı əldə edəcəklər.

 

Firəngiz xanım bəstəkarlıqla yanaşı, geniş ictimai fəaliyyəti ilə milli musiqi mədəniyyətimizin tərəqqisi yolunda əzmlə çalışır. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilən Firəngiz Əlizadənin rəhbərliyi ilə milli musiqi mədəniyyətimizin inkişafına təkan verən nailiyyətlər qazanılıb. Artıq on beş ildir Bəstəkarlar İttifaqı bir sıra beynəlxalq səviyyəli musiqi layihələrinin (F.Əlizadənin baş redaktorukoordinatoru olduğu, Heydər Əliyev Fondu tərəfindən nəşr edilən “Üzeyir dünyası”, “Fikrət zirvəsi”, “Muğam ensiklopediyası”, “Əbədi imzalar” və b. layihələr) gerçəkləşməsində bilavasitə iştirak edir. Firəngiz xanım beynəlxalq səviyyəli musiqi festivallarının – Heydər Əliyev Fondunun təşkil etdiyiMuğam aləmi” Beynəlxalq Muğam Festivalının bədii rəhbəri, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının təsisçisi və bədii rəhbəridir.

 

Əlamətdar yubiley ərəfəsində öz möhtəşəm musiqisi ilə dünya xalqlarını sülhə və həmrəyliyə səsləyən bəstəkarımızın ünvanına söylənən təbriklərə qoşuluruq. Firəngiz xanımı səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq zirvələri fəth etməyi arzulayırıq!

 

Sevda Hüseynova

Musiqişünas

 

Mədəniyyət.- 2022.- 6 may.- S.7