Mədəniyyət nazirinin birinci müavini yubilyar tarzəni təbrik edib

Mayın 4-də Mədəniyyət Nazirliyində görkəmli tarzən, bu günlərdə 75 yaşını qeyd edən Ramiz Quliyevlə görüş keçirilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti, Dövlət Mükafatı laureatı, professor, Şöhrət və Şərəf ordenli Ramiz Quliyevi 75 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

Ramiz Quliyev ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2022.- 6 may.- S.3.