Sabirabadda Təmiz heykəl aksiyası

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir müddət əvvəl paytaxtda başlanan Təmiz heykəl layihəsi bölgələrdə də davam edir.

Layihə çərçivəsində mayın 6-da Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin rayon mərkəzində yerləşən heykəli yuyulub. Abidənin ətrafında təmizlik, abadlıq işləri görülüb.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.4.