İrsi tarixdə, xatirəsi qəlblərdə yaşayan dahi

 

Bölgələrdəki mədəniyyət müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Şirvan şəhər MKS, Şirvan Dövlət Rəsm Qalereyası və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş rəsm-foto və kitab sərgisi keçirilib.

 

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, YAP Hacıqabul rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Böyük şəxsiyyət” adlı şeir qiraəti müsabiqəsi, “Böyük azərbaycanlı” mövzusunda təqdimat müsabiqəsi və rayon gəncləri arasında voleybol üzrə şəhər birinciliyi keçirilib. Müsabiqə və yarışlarda ilk üç yeri tutanlara diplom və hədiyyələr təqdim olunub.

 

***

 

Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə “İki əsrin körpüsü” adlı sərgi-tədbir təşkil edilib.

 

***

 

Masallı RMİ, Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində “Bizi tərk eləmir xatirələrin” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Masallı rayon Mərkəzi Kitabxanasında isə “Müasir Azərbaycanın qurucusu – Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İrsi tarixlərdə, özü ürəklərdə yaşayan insan” adlı tədbirdə MKS-nin direktor müavini Natəvan Axundzadə çıxış edib. Sumqayıt şəhər Mədəniyyət evi isə “Dahi şəxsiyyət” adlı ədəbi-bədii gecə keçirib. Mədəniyyət evinin gənc müğənniləri ulu öndərə həsr olunan mahnılar ifa ediblər.

 

***

 

Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanasında “Müstəqil Azərbaycanın banisi  adlı tədbir keçirilib. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycanın özü qədər əbədi lideri” adlı videoçarx və “Heydər Əliyev – 99” adlı sərgi nümayiş olunub.

 

***

 

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Heydər Əliyev və çağdaş Azərbaycan” adlı rəsm müsabiqəsi keçirilib. Almarə İsgəndərova I, Nuray Babayeva II, Asim Osmanlı III yerə layiq görülüblər.

 

Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Türkiyənin Qars Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadimmövzusunda videokonfrans keçirilib. Konfransda Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars Qafqaz Universiteti rektorunun müavini, professor Engin Kılıç, Milli Məclisin deputatı Tamam Cəfərova və digərləri çıxış ediblər.

 

Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ulu öndərin adını daşıyan parkda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib.

 

***

 

Kürdəmir RMİ Kürdəmir Dövlət Rəsm Qalereyasında Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə sərgi təşkil edilib.

 

Füzuli rayon Heydər Əliyev Mərkəzində isə “Müstəqil Azərbaycanın memarı” adlı tədbir təşkil olunub. Tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filmini izləyiblər.

 

***

 

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Müstəqil Azərbaycan” mövzusunda tədbirdə gənclərin fikirləri dinlənilib.

 

Ağcabədi Dövlət Rəsm Qalereyasında “Azərbaycanın əbədi günəşi” başlıqlı sərgi təşkil edilib.

 

***

 

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə intellektual yarış keçirilib. Yarışda “Şuşa”, “Zəfər”, “Uğur”, “A.Mürsəlov”, “Brainstorms” komandaları iştirak ediblər. “Uğur” komandası qalib olub.

 

***

 

Bərdə RMİ Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və regional idarənin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış ediblər. Sonra fləşmob, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

 

***

 

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolumövzusunda tədbir keçirilib. Çıxış edənlər ulu öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Ağstafa Dövlət Rəsm Qalereyası 2 saylı uşaq bağçasında “Sən elə bir zirvəsən...” adlı səyyar sərgi təşkil edib.

 

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə keçirilən “Müstəqil Azərbaycanın qurucusumövzusunda tədbirdə ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

 

Qazax rayon MKS-nin təşkilatçılığı ilə “Bir adın var: fövqəlbəşər!” adlı ədəbi kompozisiya keçirilib.

 

***

 

Gəncə RMİ-nin təşəbbüsü, Gəncə şəhər Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov və Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürküniştirak etdiyi tədbirdə Gəncə şəhər Uşaq incəsənət məktəbinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib.

 

Gəncə şəhər Uşaq incəsənət məktəbində viktorina keçirilib. Yarışmada “Qarabağ”, “Şuşa”, “Laçın” və “Zəfər” komandaları iştirak ediblər. 4 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə isə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

 Mədəniyyət.- 2022.- 11 may.- S.4.