“Cənnətim Qarabağ

 

Tbilisidə “Şuşa İli”nə həsr olunmuş musiqili gecə

 

 

 

Mayın 7-də Tbilisidəki Vaxtanq Salaridze adına konsert zalında “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə keçirilib.

Konsert ölkəmizin Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirlikləri, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, soydaşlarımız, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Şuşa İlielan olunub. Azərbaycandan kənarda daŞuşa İli”nə həsr olunan silsilə tədbirlər keçirilir. Tbilisidə təşkil olunan musiqili gecə də belə tədbirlərdən biridir. Bu qəbildən tədbirlər Gürcüstanın bölgələrində də təşkil olunacaq.

Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim və başqaları çıxış edərək fikirlərini bölüşüb, Azərbaycan xalqını Qələbə münasibətilə bir daha təbrik ediblər.

Tədbir konsert proqramı ilə davam edib. Səhnədə quraşdırılmış ekranda müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfərlərini, əsgərlərimizin azad etdiyi ərazilərdə ucaltdıqları bayraqların, Şuşanın foto video görüntüləri nümayiş olunub.

Qarabağ şikəstəsi”, “Cənnətim Qarabağ”, digər musiqi rəqs nömrələri, “Vətənimsən, Azərbaycanşeir-kompozisiyası, Xurşidbanu Natəvanla bağlı səhnəcik alqışlarla qarşılanıb.

Tədbir Azərbaycan PrezidentininQarabağ Azərbaycandır!” sözləri ilə başa çatıb.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.8.