Tarix yazan şəxsiyyət”

 

Mayın 10-da Azərbaycan İstiqlal Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuşTarix yazan şəxsiyyət” adlı açıq dərs keçirilib.

Muzeyin elmi işçiləri müasir Azərbaycan Respublikasının qurucusu, xalqının və dövlətinin gələcəyi naminə müstəsna xidmətlər göstərmiş Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzələrlə çıxışlar ediblər. Ümummilli liderin tarixi çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Sonda qonaqlar muzeyin ekspozisiyası, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyüsuverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn mayor Vüsal Vəliyev, XTQ giziri Rəşad Babayev, XTQ əsgəri Cavid Hüseynov, əsgər Samir PaşayevŞaiq Paşayevin şəxsi əşyaları, sənədləri və fotoşəkillərinin nümayiş olunduğu sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.2.