Respublika Gənclər Kitabxanasında dəyirmi masa

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Respublika Gənclər Kitabxanasında UNEC Tələbə Elmi Cəmiyyəti “GUYS” (Gəncliyə dəstək üçün ümumi birlik) təşkilatı ilə birlikdəHeydər ƏliyevAzərbaycan iqtisadiyyatı mədəniyyətimövzusunda dəyirmi masa Heydər Əliyev Azərbaycan iqtisadiyyatımövzusunda esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov,  “GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev, BDU-nun müəllimi Fəxriyyə İsayeva, digər qonaqlar çıxış ediblər.

Kitabxananın direktoru Aslan Cəfərov vurğulayıb ki, müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Heydər Əliyevin həyat yolu Azərbaycan xalqı üçün tükənməz bir mirasdır. Diqqətə çatdırılıb ki, Respublika Gənclər Kitabxanası ümummilli liderin həyat fəaliyyəti ilə bağlı Azərbaycan, ingilis rus dillərində məlumatlandırıcı videoçarxlar virtual sərgi hazırlayıb.

Tədbirin sonunda UNEC Tələbə Elmi Cəmiyyəti  “GUYS” İctimai Birliyi tərəfindən elan edilən esse müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.2.