Mədəniyyətimizin himayədarı

 

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə “Böyük şəxsiyyət” adlı tədbir keçirilib. Tədbir Cəfər Cabbarlının Ev-Muzeyi, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi və mərkəzin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Cəfər Cabbarlı Ev-Muzeyinin direktoru Qəmər Bağırova, Ordubadinin Xatirə Muzeyinin baş fond mühafizi Rasimə Əhmədova və digər çıxış edənlər ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar.

Qeyd edilib ki, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının himayədarı olan Heydər Əliyev Bakıda və bölgələrdə ev-muzeylərin yaradılmasını, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıqlarının təbliğini daim diqqətdə saxlayıb.

Tədbirdə böyük şəxsiyyətin xatirəsinə həsr olunan şeirlər dinlənilib. Bülbülün ifasında “Ölkəm” romansının lent yazısı səsləndirilib, Tünzalə Ağayevanın ifasında C.Cabbarlının Azərbaycan bayrağına həsr olunmuşSevdiyim” şeirinə bəstələnmiş mahnının klipi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2022.- 13 may.- S.5.