Azərbaycan mədəniyyətinin hamisi

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə müxtəlif tədbirlərlə qeyd edilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) Kəlbəcər rayonu üzrə nümayəndəliyi, Kəlbəcər Rayon İcra Hakimiyyəti, YAP Kəlbəcər rayon təşkilatı və Bakı Dövlət Universiteti (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan respublika konfransı keçirilib. Kəlbəcərin icra başçısı Azər Qocayev, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı və başqalarının çıxışları dinlənilib.

 

Ulu öndərin doğum günü münasibətilə Gəncə şəhər MKS tərəfindən isə “Şuşa İli” – Zəfərimizin tarixi” adlı sərgi təşkil edilib.

 

***

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası, şəhər, qəsəbə və kənd kitabxana filiallarının bir qrup əməkdaşı rayon Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

 

***

 

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfovun da iştirak etdiyi tədbirdə ulu öndərin İsmayıllıya səfərlərindən bəhs edən film izlənilib və sərgiyə baxış keçirilib. Sonra “Niyal” instrumental ansamblı solistlərinin, F.Əzimov adına Uşaq incəsənət məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında ulu öndərə həsr olunansevdiyi mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

 

***

 

Zərdab rayon Heydər Əliyev parkında ulu öndərin doğum günü münasibətilə “Kitab bayramı” keçirilib. Tədbirdə Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanasının kiçikyaşlı oxucuları Vətənə və ümummilli liderə həsr olunan şeirlərdən ibarət kompozisiya, yerli incəsənət ustaları isə konsert proqramı təqdim ediblər.

 

***

 

Masallı RMİ və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib. İcra başçısı Şahin Məmmədovun çıxışından sonra Mədəniyyət Mərkəzinin solistləri və paytaxtdan təşrif buyurmuş incəsənət ustalarının ifasında musiqilər səsləndirilib. “Halay” folklor ansamblı və “Masallı” rəqs qrupunun ifasında rəngarəng rəqs kompozisiyaları təqdim edilib.

 

***

 

Lənkəran RMİ təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər Mədəniyyət Mərkəzində Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran RMİ-nin rəisi Şahin Şahbazovun da iştirak etdiyi tədbirdə şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən musiqilər ifa olunub, şeirlər səsləndirilib.

 

***

 

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Qax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Tarix yaradan müdrik şəxsiyyət” mövzusunda tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, şəhər Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova və digərləri çıxış ediblər.

 

Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri barədə danışıb. Tədbirdə ulu öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Müasir Azərbaycanın banisi” mövzusunda elmi-praktik konfransda rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov və başqalarının çıxışları dinlənilib.

 

***

 

Sabirabad RMİ-nin təşkilatçılığı, Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun icra başçısı Siraqəddin Cabbarov, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova çıxış ediblər. Sonra “Sənə min bir məhəbbət...” adlı videoçarx nümayiş olunub. Sabirabad şəhər Ü.Hacıbəyli adına Musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.

 

***

 

Kürdəmir RMİ-nin təşkilatçılığı ilə keçirilən “İstedad” baxış-müsabiqəsinə yekun vurulub. Bədii qiraət üzrə Reyhan Hüseynzadə I, Cəfər Murad II, Beybud Aliyev III, musiqi üzrə Ramal Rüstəmzadə I, Sədi Məmmədzadə II, Həmid Qasımov III, rəsm üzrə Rəvanə Qasımova I, Əminə Orucova II, Aynişan Babayeva III yerlərə layiq görülüblər. Kürdəmir rayon N.Nərmanov adına Mədəniyyət Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən yekun tədbirlərdə qaliblərin çıxışları dinlənilib, onlara mükafatlar təqdim edilib.

 

İmişli rayon Mədəniyyət Mərkəzində təşkil olunan “Sən elə bir zirvəsən...” adlı tədbirdə rayonun incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib.

 

Beyləqan rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və digər qonaqlar iştirak ediblər.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbində “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı tədbir keçirilib. Məktəbin kollektivinin ifasında xalq və bəstəkar mahnıları ifa olunub. Sonda idarə rəisi Rəşad Əliyev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Sumqayıtın Tarixi Muzeyi, şəhər Mərkəzi Uşaq Kitabxanası, şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evi, Abşeron rayon Mərkəzi Kitabxanası, Xızı rayon Mikayıl Müşfiq Xatirə Muzeyi və Zəngilan rayon MKS-nin Mərkəzi Kitabxanası, Zəngilan rayon Mədəniyyət evi  rayon Mincivan qəsəbə Uşaq musiqi məktəbi də Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı müxtəlif tədbirlər keçiriblər.

 

Abşeron rayon Heydər Əliyev Mərkəzində ulu öndərin doğum gününə həsr olunan məktəblilər arasında “Nə? Harada? zamanintellektual oyununun rayon çempionatının final mərhələsi keçirilib. Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin “Fateh” komandası I, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin “Zirvə” komandası II, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yeri qazanıb.

 

***

 

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev – 99” adlı tədbirdə “Xalqa bağışlanan ömür” adlı film nümayiş etdirilib.

 

***

 

Ağstafada keçirilən ümumrayon tədbirində rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev və YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış ediblər.

 

Tovuz Rayon Dövlət Rəsm Qalereyası tərəfindən “Əsrin memarı” adlı rəsm sərgisi təşkil olunub. Tovuz rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafKaryera Mərkəzi Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə gənclər arasında intellektual oyun keçirilib.

 

***

 

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzi, rayon İcra Hakimiyyəti, Salyan Dövlət Kukla Teatrı və Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə keçirilən konsertdə tanınmış incəsənət ustaları çıxış ediblər.

 

***

 

Bərdə RMİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub. Əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgilərə baxış keçirilib. RMİ-nin rəisi Vəsilə Möhsümova çıxışında bildirib ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

 

Mədəniyyət.- 2022.- 13 may.- S.4.