Tanınmış jurnalist Məzahir Süleymanzadə dünyasını dəyişib

Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə mayın 10-da, 70 yaşında dünyasını dəyişib.

Məzahir Bəybala oğlu Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

İdman qəzetində xüsusi müxbir, Kommunist qəzetində müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən müstəqil Azərbaycan mətbuatının ilk nəşrlərindən sayılan Səhər qəzetinin təsisçisi və baş redaktoru olub. 20-dək kitabın müəllifi, redaktorunaşiridir.

1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 13 may.- S.6.